Ötən sutka 28 yanğına çıxış olub, 3 nəfər xilas edilib

Ötən sutka 28 yanğına çıxış olub, 3 nəfər xilas edilib
Yayınlanma tarixi: 10.04.2023 10:48:53

Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

FHN Mətbuat xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfər xilas edilib, həmçinin yanğın zamanı 4 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

GÜNÜN MANŞETLERİ