Ötən sutka 21 yanğına çıxış olub, 4 nəfər xilas edilib

Ötən sutka 21 yanğına çıxış olub, 4 nəfər xilas edilib
Yayınlanma tarixi: 4/20/2023 10:41:59 AM

Bu barədə FHN-dən bildirilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib, Nazirliyin dalğıc-axtarış qrupu tərəfindən Baş Mil-Muğan kollektorunda batan Ağayev Sahil Təbriz oğlunun meyiti aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

GÜNÜN MANŞETLERİ

Qəzvində ABŞ-ın kəşfiyyat PUA-sı vurulub
REGİON / İRAN

Qəzvində ABŞ-ın kəşfiyyat PUA-sı vurulub

3/26/2026 4:41:54 PM
Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM
ABŞ İraqın silah tədarükünü əngəlləyir - SƏBƏB
DÜNYA / SİYASƏT

ABŞ İraqın silah tədarükünü əngəlləyir - SƏBƏB

3/26/2026 2:44:32 PM