Ötən gün ölkədə 98 cinayətin üstü açılıb

Ötən gün ölkədə 98 cinayətin üstü açılıb
Yayınlanma tarixi: 20.01.2023 10:28:55

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 19-da ölkə ərazisində qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.

GÜNÜN MANŞETLERİ