Oğurluq və narkotik satmağa görə axtarışda olan qadın tutulub

Oğurluq və narkotik satmağa görə axtarışda olan qadın tutulub
Yayınlanma tarixi: 30.11.2022 13:13:42

Bu barədə DİN-in mətbuat xidmətindən xəbər verilib.

Oğurluq və qanunsuz narkotik dövriyyəsinə görə axtarışda olan şəxs Səbail rayonunda müəyyən olunub.

Bu barədə "İslamazeri.com"a DİN-in mətbuat xidmətindən xəbər verilib.

Qeyd olunub ki, Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olan Ayşən Həşimova saxlanılıb.

GÜNÜN MANŞETLERİ