İranda dağıntılar altından 900-dən çox insan xilas edilib

İranda dağıntılar altından 900-dən çox insan xilas edilib
Yayınlanma tarixi: 4/10/2026 2:33:07 PM

İranda dağıntılar altından 900-dən çox insan xilas edilib.

İslamazeri.com xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyəti (IRCS) 40 günlük münaqişə ilə bağlı açıqlamasında axtarış-xilasetmə qruplarının 28 fevraldan 9 aprel səhərinə qədər 2000 yardım əməliyyatı keçirdiyini və dağıntılar altından 944 nəfərin xilas edildiyini açıqlayıb.

Bu dövrdə ölkə daxilində axtarış-xilasetmə və dağıntıların çıxarılması işlərində 28 mindən çox yardım işçisi iştirak edib.

Yardım əməliyyatlarının əksəriyyəti paytaxt Tehranda həyata keçirilib.

Bundan əlavə, 4030 qaynar xətti vasitəsilə edilən 152.427 psixososial dəstək çağırışına 2000 könüllü cavab verib.

Ümumilikdə, 4030 qaynar xətti vasitəsilə təsirlənən şəxslərə 763.709 dəqiqə psixososial məsləhət xidmətləri göstərilib.

Bundan başqa, hava hücumlarında 257 qadın həlak olub, onlardan üçü hamilə olub. Şəhidlər arasında 220 uşaq da var idi.

GÜNÜN MANŞETLERİ