Ənsarullah ABŞ və Britaniyanın peşman olacağını açıqladı

Ənsarullah ABŞ və Britaniyanın peşman olacağını açıqladı
Yayınlanma tarixi: 12.01.2024 21:29:17

ABŞ və Böyük Britaniya Yəmənə qarşı əməliyyat başlatdıqlarına görə peşman olacaq.

İslamazeri.com RİA-ya istinadən xəbər verir ki, bu barədə Yəmənin “Ənsarullah” hərəkatının (Husilər) siyasi bürosunun üzvü Huzam əl-Əsəd bəyan edib.

Bizim silahlı qüvvələrimiz yaxşı hazırlıq görüblər və təcavüzkarlar Yəmən xalqına qarşı aqressiyalarına görə peşman olacaqlar“, – deyə o qeyd edib.

Əl-Əsəd bildirib ki, hərbi əməliyyatların səhnəsini və istiqamətini və döyüşlərin aparılmasını qaydalarını husilər müəyyən edəcəklər.

Bundan başqa, onun sözlərinə görə, Qırmızı və Ərəb dənizlər Qəzza sektorundakı hərbi əməliyyatlar bitənə və mühasirə ləğv edilənədək İsrail ilə birbaşa və ya dolayı yolla bağlı olan gəmilərin keçidi üçün qapalı olaraq qalmağa davam edəcək.

Bu düşməncəsinə və düşünülməmiş əməliyyatlarla Vaşinqton və London diqqəti (Qəzza sektorunda) baş verən cinayətlərdən yayındırmağa çalışır. Biz bizim üçün əsas olan məsələ ilə – Fələstinlə bağlı öz prinsipial mövqeyimizi müdafiə etməyə davam edəcəyik. Nə Amerika, nə də Böyük Britaniya bizi Qəzza sektorundakı xalqımızı dəstəkləmək fikrimizdən daşındıra bilər“, – deyə əl-Əsəd vurğulayıb.

Xatırladaq ki, gecə saatlarında ABŞ və Böyük Britaniya Yəmənin 4 əyalətinə, o cümlədən də Səna, Hodeyda, Taiz və Saad şəhərlərnə 23 zərbə endirib.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak gecə Yəmənə endirilən zərbələr barəsində danışarkən deyib ki, keçirilən əməliyyata Niderland, Kanada və Bəhreyn də dəstək verib.

“Ənsarullah” hərəkatı da buna cavab olaraq ABŞ və Britaniya hərbi bazaları və obyektlərinə zərbələr endiriblər və bu zərbələrdən birinin nəticəsində Qırmızı dənizdəki ABŞ hərbi gəmisini batırdıqlarını bəyan ediblər.

Həmçinin nəzərinizə çatdıraq, Yəmən (“Ənsarullah” hərəkatı, husilər) Qəzza sektoruna dəstək məqsədilə İsrailə müharibə elan ediblər. Onlar Qırmızı dənizlə hərəkət edən və eyni zamanda İsraillə birbaşa əlaqəsi olan və ya İsrail limanlarına doğru hərəkət edən gəmiləri vuracaqlarını bildiriblər. İndiyədək Qırmızı dənizdə İsrailə aid və ya İsraiilə əlaqəli olan 20-dən çox gəmiyə hücum edilib.

GÜNÜN MANŞETLERİ