Nigeriyada əməliyyat: 40 terrorçu öldürüldü

Nigeriyada əməliyyat: 40 terrorçu öldürüldü
Yayınlanma tarixi: 1/17/2023 11:51:22 AM

Nigeriyada hava hücumu nəticəsində ən azı 40 nəfər, o cümlədən “Boko Haram” terror təşkilatının iki yüksək səviyyəli rəhbəri öldürülüb.

İslamazeri.com Türkiyə mediasına istinadən xǝbǝr verir ki, bu barǝdǝ Milli mətbuat mǝlumat yayıb. Bildirib ki, Niger əyalətində Boko Harama qarşı hǝyata keçirilǝn hava ǝmǝliyyatında terror tǝşkilatının sözdə iki yüksək səviyyəli rəhbəri də daxil olmaqla ən azı 40 nəfər həlak olub. Axtarışda olan və əməliyyat nǝticǝsindǝ öldürülən qondarma liderlərin adlarının Əbu Ubaida və Mallam Yusuf Abba olduğu açıqlanıb.

Qeyd edək ki, Nigeriyada 2009-cu ildən bəri “Boko Haram” tərəfindən təşkil edilən kütləvi terror aktlarında 20 mindən çox insan ölüb. Hücumlar və qarşıdurmalar səbəbindən yüz minlərlə insan evini tərk edmǝli olub.

Terror təşkilatı 2015-ci ildən bəri ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir. 

GÜNÜN MANŞETLERİ

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib

4/6/2026 5:30:01 PM
Qəribabadidən Trampın təhdidlərinə CAVAB
REGİON / İRAN

Qəribabadidən Trampın təhdidlərinə CAVAB

4/6/2026 2:14:10 PM
İlham Əliyev və İrakli Kobaxidze arasında görüş
REGİON / GÜRCÜSTAN

İlham Əliyev və İrakli Kobaxidze arasında görüş

4/6/2026 2:08:43 PM