NATO-nun təlim kursunu bitirənlərə sertifikatlar verilib

NATO-nun təlim kursunu bitirənlərə sertifikatlar verilib
Yayınlanma tarixi: 10.02.2023 12:16:29

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda keçirilən “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu başa çatıb.

Bu barədə "İslamazeri.com"a Müdafiə Nazirliyindən məlumat verilib.

Xəbərə görə, əvvəlcə kursun yekunlarına dair brifinq təqdim edilib.
Çıxış edənlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

GÜNÜN MANŞETLERİ