Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng edib

Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng edib
Yayınlanma tarixi: 12.04.2023 14:44:24

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 11-də Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbçilərinin həlak olması ilə bağlı başsağlığı verib.

M.Çavuşoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

GÜNÜN MANŞETLERİ