Minimum pensiyadakı artım nə zaman ödəniləcək?

Minimum pensiyadakı artım nə zaman ödəniləcək?
Yayınlanma tarixi: 10.02.2023 11:57:03

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da məlumat verib.

Minimum pensiya alanların artımlarını nə zaman alacaqlarına aydınlıq gətirilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da məlumat verib.

O bildirib ki, minimum pensiyalarda artımla əlaqədar hazırlıq işləri başa çatdırılıb.

"Hesablamalar aparılıb. Qrafiklərə uyğun olaraq pensiyaların artımlarla birgə ödənilməsi həyata keçiriləcək" - deyə o qeyd edib.

Qeyd edək ki, fevralın 1-dən qanunvericiliyə dəyişiklik edilib və minimum pensiyanın məbləği 240 manatdan 280 manata çatdırılıb.

GÜNÜN MANŞETLERİ