Milli Parkın ərazisində ov edən şəxslər cəzalandırılıb

Milli Parkın ərazisində ov edən şəxslər cəzalandırılıb
Yayınlanma tarixi: 1/20/2023 3:41:22 PM

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ağgöl Milli Parkının əməkdaşları tərəfindən birgə keçirilən nəzarət tədbirləri zamanı Ağgöl Milli Parkının ərazisində ov edən şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Zakir və Nadir Bədirovlar, Beyləqan rayon sakini Ərzullah Mirzəyev və Rusiya Federasiyası vətəndaşı Mirquseyn Babaev olduğu müəyyən edilib.

"Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb", - deyə açıqlamada qeyd olunub.

GÜNÜN MANŞETLERİ

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib

4/6/2026 5:30:01 PM
Qəribabadidən Trampın təhdidlərinə CAVAB
REGİON / İRAN

Qəribabadidən Trampın təhdidlərinə CAVAB

4/6/2026 2:14:10 PM
İlham Əliyev və İrakli Kobaxidze arasında görüş
REGİON / GÜRCÜSTAN

İlham Əliyev və İrakli Kobaxidze arasında görüş

4/6/2026 2:08:43 PM