Məscidül-Əqsada 75 min nəfərin iştirakı ilə cümə namazı qılınıb

Məscidül-Əqsada 75 min nəfərin iştirakı ilə cümə namazı qılınıb
Yayınlanma tarixi: 1/21/2023 1:13:49 PM

İsrail rejiminin bütün qadağalarına baxmayaraq, minlərlə fələstinli cümə namazında iştirak edib.

Fələstin mənbələri bu həftə Məscidül-Əqsada minlərlə insanın iştirakı ilə cümə namazının şəkildə qılındığını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, bu mənbələr sionist rejim ordusunun Məscidül-Əqsa qapılarında tətbiq etdiyi geniş məhdudiyyətlərə baxmayaraq, 75 min fələstinlinin cümə namazında iştirak etdiyini bildirib.

Qüdsün Vəqflər Təşkilatı bu barədə açıqlama verib:

“İordan çayının qərb sahili, Qüds və işğal olunmuş ərazilərdə yaşayan 75 min fələstinli sionist rejim ordusunun sərt təhlükəsizlik tədbirləri ilə Məscidül-Əqsaya çatıb və bu müqəddəs məkanda cümə namazı qılıb.

Sionist işğalçılar Qüdsdə, xüsusilə Qüdsün köhnə hissəsində və Məscidül-Əqsanın qapılarında yerləşərək, çoxlu sayda fələstinlinin maşınlarını saxlayıb, onların kimliklərini araşdırıblar".

Məscidül-Əqsa cümə xətibi Şeyx Yusif Əbu Süneynə cümə namazı xütbəsində deyib: “Məscidül-Əqsa sionist işğalçıların vəhşi hücumunun hədəfi olub. Ərəb və İslam xalqları müsəlmanların birinci qibləsini möhkəm bir qala kimi qoruyacaqlar”.

Şeyx Yusif Əbu Süneynə həmçinin fələstinli məhbusların hüquqlarının təmin edilməsini və fələstinli şəhidlərin cənazələrinin ailələrinə təhvil verilməsini istəyib.

GÜNÜN MANŞETLERİ

İsraildəki ABŞ bazası vuruldu: GİZLİ TƏFƏRRÜATLAR
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsraildəki ABŞ bazası vuruldu: GİZLİ TƏFƏRRÜATLAR

3/11/2026 1:10:05 PM
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

3/11/2026 12:14:25 PM
Pezeşkian və Şahbaz Şərif arasında telefon danışığı olub
DÜNYA / İSLAM DÜNYASI

Pezeşkian və Şahbaz Şərif arasında telefon danışığı olub

3/11/2026 11:24:25 AM