Masallıda 3 500 abonentin qazı kəsiləcək

Masallıda 3 500 abonentin qazı kəsiləcək
Yayınlanma tarixi: 1/21/2026 2:13:01 PM

Bu gün Masallı rayonu Köhnə Alvadı kəndi ərazisində minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qaz xəttinin zədələnməsi qeydə alınıb.

Bu barədə "İslamazeri.com"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, zədələnmiş borunun bərpası ilə əlaqədar olaraq Köhnə Alvadı, Güllütəpə, Tatyanoba, Əmirtürbə, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Abasbəyli kəndləri və Təzə Alvadı kəndinin bir hissəsi daxil olmaqla, ümumilikdə 3 500 abonentin qaz təchizatının saat 15:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

GÜNÜN MANŞETLERİ

Sabah yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq - PROQNOZ

3/21/2026 2:19:04 PM
Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA
REGİON / İRAN

Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA

3/21/2026 1:10:59 PM
İran 4000 km məsafədə yerləşən bazaya iki ballistik raketlə zərbə endirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran 4000 km məsafədə yerləşən bazaya iki ballistik raketlə zərbə endirib

3/21/2026 12:20:01 PM
Bu gün Beynəlxalq Novruz günüdür
ÖLKƏ / MÜXTƏLİF

Bu gün Beynəlxalq Novruz günüdür

3/21/2026 11:36:43 AM