Magistraturaya sənəd qəbulu başa çatır

Magistraturaya sənəd qəbulu başa çatır
Yayınlanma tarixi: 1/26/2026 12:13:27 PM

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 26 yanvar saat 09:00-a olan məlumata əsasən, 20346 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 18542; rus bölməsi - 1804).

 

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. İmtahanda yalnız elektron ərizəsini təsdiq etmiş bakalavrlar iştirak edə bilərlər.

İmtahan 2026-cı il fevralın 15-də keçiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.

GÜNÜN MANŞETLERİ

İsrail mediası: İran amansız sürətlə raket atır
DÜNYA / MARAQLI

İsrail mediası: İran amansız sürətlə raket atır

3/23/2026 11:48:25 AM
İsrailə şimal cəbhəsindən AĞIR ZƏRBƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailə şimal cəbhəsindən AĞIR ZƏRBƏ

3/23/2026 11:08:56 AM
İrandan fələstinlilərə mesaj: Söz veririk...
REGİON / İRAN

İrandan fələstinlilərə mesaj: Söz veririk...

3/23/2026 10:48:14 AM