Livanın cənubundakı sərhəd şəhəri olan Mays əl-Cəbəldə partlayış baş verdiyi bildirilib.
İslamazeri.com xəbər verir ki, Əl-Məyadin müxbiri Livanın sərhəd şəhəri olan Mays əl-Cəbəldə partlayış baş verdiyini bildirib.
Partlayışın mənbəyi və ya itkilər barədə hələlik heç bir məlumat verilməsə də, bunun İsrailin Livanın bu bölgəsinə hücumunun nəticəsi olduğu güman edilir.
İsrailin Livanın cənubunda artan hava hücumları və gərginliyin artdığı bu dövrdə Livan rəsmiləri ərəb və beynəlxalq tərəflərdən İsrailin Livana qarşı genişmiqyaslı hərbi əməliyyat hazırladığı barədə xəbərdarlıq aldıqlarını bildiriblər.




