Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə görüşüb
Yayınlanma tarixi: 10.04.2023 14:19:16

BU barədə Nazirlər Kabinetindən məlumat verilib.

Aprelin 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşüb.

Nazirlər Kabinetindən "İslamazeri.com"a verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib, bu qarşılıqlı fəaliyyətin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı rolu bildirilib.

Həştərxanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlərin keçiriləcəyi ilə bağlı məmnunluq hissi ifadə olunub.

Yürüş iştirakçıları Azərbaycana gələn “Xəzər dənizi - dostluq dənizi” motoyürüşünün əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında ticari-iqtisadi, nəqliyyat, tranzit, sferalarında, o cümlədən sənaye sahəsində, gəmiqayırma, eləcə də limanlararası əlaqələr və humanitar əməkdaşlıq sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.

GÜNÜN MANŞETLERİ