"Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə bədniyyətindən İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yaydılar, bu, İrana qarşı ən qorxaq böhtandır."
İslamazeri.com xəbər verir ki, bunu İranın Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti "Tasim" agentliyində yayımlanan məqaləsində qeyd edib.
"Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri bilərəkdən İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yaydılar. Bu, İrana indiyə qədər atılan ən xain böhtandır. Eyni cins, irq, din, məzhəb, adət-ənənə və tarixə taxin insanlara, yəni Azərbaycan Respublikası xalqına hücum etmək fikri yoxdur. Azərbaycan xalqı gözümüzün nuru sayılır. Amma hər gün bir bəhanə ilə bölgəyə girməyə çalışanlar bilməlidirlər ki, İran İslam Respublikası və regionun əksər dövlətləri başqalarının burada yuva qurmasına, fitnə-fəsad törətməsinə imkan verməyəcək. Onlar mütləq uğur qazana bilməyəcəklər, çünki bu bölgənin əhalisi kifayət qədər inkişafa malikdir və öz bölgələrini idarə edə bilirlər.
Bilə-bilə deməliyəm ki, Azərbaycan ilə aramızda ayrılıq olsa da, biz sərhədləri götürüb yer tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlərə, ittihamlara yer yoxdur və onlar (İran və Azərbaycanın düşmənləri) bilməlidirlər ki, boşuna cəhd edirlər. İranın bugünkü qüdrəti elədir ki, onun düşmənləri, o cümlədən Amerika və sionizm onunla hesablaşır, lakin bu, bizim düşmənlərimiz, Azərbaycanın düşmənləri və qonşu dövlətlərin düşmənləri üçündür, dostlarımız üçün deyil. İran İslam Respublikası həmişə Azərbaycan, Ermənistan və Gürcüstan da daxil olmaqla qonşuları ilə dostluq və qeyri-müəyyənlikləri aradan qaldırmaq istiqamətində addımlar atıb.", - Əli Əkbər Vilayəti qeyd edib.