Ələtdə dəmir yolu stansiyasından oğurluq edilib

Ələtdə dəmir yolu stansiyasından oğurluq edilib
Yayınlanma tarixi: 9.02.2023 15:13:58

Bu barədə DİN-dən məlumat verilib.

Dəmiryolu Nəqliyyatında Polis İdarəsi və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini və təkərlərini oğurlayan şəxslər saxlanılıblar.

DİN-dən "İslamazeri.com"a verilən məlumata görə, əməliyyat zamanı Miraslan Səmədov və Qadir Zəkarayev saxlanılaraq istintaqa təqdim ediliblər. Onların idarə etdikləri yük avtomobilinə baxış zamanı vaqonlardan oğurladıqları metal parçalar, həmçinin hadisə zamanı istifadə etdikləri avadanlıqlar aşkar edilib. Saxlanılan şəxslər ifadələrində bundan əvvəl də iki dəfə Ələt dəmir yolu stansiyasında vaqonların metal hissələrini kəsərək oğurladıqlarını bildiriblər.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.

GÜNÜN MANŞETLERİ