Lerikdə zəlzələ olub

Lerikdə zəlzələ olub
Yayınlanma tarixi: 22.02.2023 11:57:46

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Lerik rayonunda zəlzələ olub.

Bu barədə "İslamazeri.com"a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə qeydə alınıb.

Maqnitudası 3.1, dərinliyi 27 km olan zəlzələ hiss edilməyib.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 06:25-də İmişli rayonunda da zəlzələ olub.

GÜNÜN MANŞETLERİ