Əl-Əzhər Fransada məscidə edilən irqçi hücumu pisləyib

Əl-Əzhər Fransada məscidə edilən irqçi hücumu pisləyib
Yayınlanma tarixi: 3/15/2023 5:24:00 PM

Misirdəki Əl-Əzhər İslam Mərkəzinin ifratçılıqla mübarizə komitəsi Fransada məscidə qarşı irqçi hərəkəti pisləyən bəyanat yayıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Əl-Əzhərin ifratçılıqla mübarizə komitəsi Fransanın Bissak şəhərində məscidə edilən irqçi hücumu pisləyib.

Naməlum şəxslər irqçi hərəkətdə bu məscidin divarlarına irqçi ifadələr yazıb, həmçinin bu məscidin qapısına ifrat sağçı hərəkatın işarəsini çəkiblər.

Əl-Əzhərin ifratçılıqla mübarizə komitəsi bəyanat yayıb və elan edib: "Bu cür hərəkətlər ilk dəfə deyil və Talens şəhərindəki məscidlərdən birinin qarşısında oxşar vandalizm aktları həyata keçirilib."

Eyni zamanda sözügedən komitə dini mərkəzlərin lazımi səviyyədə qorunmasını və ifratçı qruplar tərəfindən həyata keçirilən bu cür nifrət doğuran hərəkətlərə qarşı ciddi mübarizə aparılmasını istəyib.

GÜNÜN MANŞETLERİ

Kazimeyndə Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Kazimeyndə Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:28:13 AM
Nəcəfül Əşrəfdə Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Nəcəfül Əşrəfdə Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:16:13 AM
Kərbəlada Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Kərbəlada Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:08:49 AM