Bu barədə FHN-dən bildirilib.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları tərəfindən 21 dekabr 2022-ci il tarixində Kür çayının Tovuz rayonunun Qədirli kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunan 1974-cü il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun axtarışları davam etdirilir.
İslamazeri.com xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Xəbərə görə, əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərini həyata keçirirlər.