Bu barədə TƏBİB-dən məlumat verilib.
Küləkli havada daha 2 nəfər xəsarət alıb.
İslamazeri.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
“Küləkli hava şəraiti ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2 müraciət daxil olub” - deyə bildirilib.
Qeyd olunub ki, bir nəfər kişi qabırğaların sınığı diaqnozu, bir nəfər qadın isə başın səthi travması, baş-beynin silkələnməsi ilə tibb müəssisəsinə hospitalizasiya edilib.