Külək güclənəcək, dolu düşəcək - XƏBƏRDARLIQ

Külək güclənəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
Yayınlanma tarixi: 4/20/2023 3:30:54 PM

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Aprelin 21-də gündüz şimal-qərb küləyinin 15-20 m/s, axşama doğru arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə "İslamazeri.com"a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Aprelin 21-i əvvəlcə şimal və qərb rayonlarında, gün ərzində isə digər ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Aprelin 22-si və 23-də isə gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, 21-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Aprelin 24-ü axşam qərb rayonlarından başlayaraq 25-i axşamadək yenidən hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimalı var.

GÜNÜN MANŞETLERİ

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM