Kliniki Tibbi Mərkəzdə yeni xidmət fəaliyyətə başlayıb.
Kliniki Tibbi Mərkəzdə koronar angioqrafiya (anju) xidməti yenidən fəaliyyətə başlayıb.
Mərkəzdən "İslamazeri.com"a verilən xəbərə görə, bu xidmət vasitəsi ilə ürək-damar xəstəliklərinin ağırlaşmasının, infarktın yaranmasının qarşısını almaq mümkündür.
Kardiologiyada “qızıl standart” hesab olunan bu müayinə üsulu koronar damarların müayinəsi, onlarda daralma, tıxanma və ya hansısa başqa anomaliyaların olduğunu aşkar etmək üçün aparılan metoddur. Bu üsulda əsasən damarlara kontrast maddə yeritməklə rentgen çəkilir. Kontrast maddənin damarlarda yayılması zamanı aşkar edilən maneələr isə aradan qaldırılır.
Koronar angioqrafiya stenokardiyalı, ürəyin işemik xəstəliyi olan xəstələrdə miokard infarktının ilk saatlarında və bəzi əməliyyatlar zamanı əməliyyatdan öncə hazırlıq məqsədilə aparılır. Eyni zamanda qapaq əməliyyatlarında, ritm pozğunluqları və hansısa ürək çatışmazlığı olan xəstələrdə səbəbi aşkar etmək üçün koronar angioqrafiyadan istifadə olunur.
Məlumat üçün bildirək ki, koronar angioqrafiya xidməti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfində mövcuddur. Bu xidmətdən hər bir ölkə vətəndaşı ödənişsiz şəkildə yararlana bilər.