Kənanidən Zelenskiyə: İranın əsassız ittihamlara qarşı səbri sonsuz olmayacaq

Kənanidən Zelenskiyə: İranın əsassız ittihamlara qarşı səbri sonsuz olmayacaq
Yayınlanma tarixi: 23.12.2022 10:31:45

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ Konqresində İran İslam Respublikası ilə bağlı dəfələrlə səsləndirdiyi ittihamları və yersiz bəyanatlarını pisləyib.

İslamazeri.com xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran Ukrayna hakimiyyətinin pilotsuz təyyarə məsələsi ilə bağlı əsassız ittihamlarına dəfələrlə cavab verib.

O, bu əsassız ittihamlara cavab olaraq bir daha vurğulayıb ki, İran İslam Respublikası Ukrayna müharibəsində istifadə olunmaq üçün heç bir tərəfə hərbi texnika ixrac etmir.

Nasir Kənani deyib:

“Biz hər zaman ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət etmişik və cənab Zelenski bilməlidir ki, İranın əsassız ittihamlara qarşı strateji səbri sonsuz olmayacaq.

Zelenski ABŞ-ın dəstəyinə ümid edən bəzi ölkə liderlərinin taleyindən dərs çıxarsa, çox yaxşı olardı”.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü ABŞ Konqresində İrana qarşı əsassız ittihamlarını təkrarlayıb və İran üçün “terrorçu” ifadəsini işlədib.

Zelenski bu görüşdə İranın Ukrayna müharibəsində bu ölkənin infrastrukturunu hədəfə alan Rusiyanı dəstəklədiyini iddia edərək, Amerika səlahiyyətlilərindən Kiyevə ən qısa zamanda silah göndərərək dəstək vermələrini istəyib.

GÜNÜN MANŞETLERİ