Kənani: ABŞ iranlılar üçün timsah göz yaşları tökür

Kənani: ABŞ iranlılar üçün timsah göz yaşları tökür
Yayınlanma tarixi: 22.12.2022 11:23:44

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ Dövlət Departamentinin ifadələrinə reaksiya verib.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ Dövlət Departamentinin iranlıların təbiətlə bağlı ən mühüm bayramlarından biri olan Çillə gecəsi ilə bağlı açıqlamalarına münasibət bildirib.

"İran millətinə qarşı sanksiyalar və maksimum təzyiqlər tətbiq edən terror və xaos tərəfdarı olan ABŞ, Çillə gecəsində iranlılar üçün timsah göz yaşları tökür!", - Kənani bildirib.

Nasir Kənani əlavə edib:

"Terrorun sənədli tərəfdarı və ortağı olanlar daha yaxşısı ağızlarını yumub öz xalqlarının, ölkələrinin və sionist rejimin böhranları haqqında düşünsünlər".

ABŞ Dövlət Departamenti ilin ən uzun günü olan Çillə gecəsinin qeyd olunması ərəfəsində İranda baş verən xaos hadisələrini dəstəkləyərək, bu xaosu xalq üsyanları və etirazları kimi qiymətləndirib.

GÜNÜN MANŞETLERİ