Fövqəladə Halların İdarə Olunması Agentliyi - AFAD zəlzələlər nəticəsində 31.974 nəfərin həyatını itirdiyini açıqlayıb.
Fevralın 6-da Kahramanmaraşda baş verən və 10 rayonu təsiri altına alan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə can itkisi 31 min 974-ə yüksəlib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyi - AFAD zəlzələlər nəticəsində 31.974 nəfərin həyatını itirdiyini açıqlayıb.
Fevralın 6-dan indiyədək bölgədə 3170 yeraltı təkan qeydə alınıb.
200 minə yaxın fəlakət qurbanı digər əyalətlərdən təxliyə olunub.
Təxminən 250 min personalla dağıntılar altında axtarış-xilasetmə işləri davam edir.