İsraildə yenə etiraz aksiyaları başladı

İsraildə yenə etiraz aksiyaları başladı
Yayınlanma tarixi: 16.04.2023 13:24:21

Tel-Əviv və İsrailin digər şəhərlərində hökumət tərəfindən təhrik olunmuş məhkəmə islahatına qarşı on minlərlə insan etiraz edib

İslamazeri.com “Reuters”ə istinadən xəbərinə görə, islahatın əleyhdarları bəyan edirlər ki, qanunvericilik dəyişiklikləri demokratiyaya zərər verəcək və hökumətin səlahiyyətlərinə nəzarəti zəiflədəcək. Dəyişikliklərə qarşı ölkədə artıq 15 həftədir ki, nümayişlər keçirilir.

Martın sonunda İsrailin baş naziri mübahisəli məhkəmə-hüquq islahatının müzakirəsini Parlamentin may ayına planlaşdırılan növbəti iclasına qədər təxirə salıb. Benyamin Netanyahunun bəyan etdiyinə görə, hökumət daha geniş konsensusa nail olmaq istəyinə görə islahatları təxirə salmaq qərarına gəlib.

Təhrik edilmiş islahat Knessetin fevral ayında birinci oxunuşda qəbul etdiyi Ali Məhkəmənin hökumətin qəbul etdiyi qanunları dayandırmaq səlahiyyətini məhdudlaşdırır. Eləcə də, hakimlərin seçilməsi prosesində hökumətin slahiyyətini artırır.

GÜNÜN MANŞETLERİ