İsrail qüvvələri yenidən namaz qılan fələstinlilərə hücum edib

İsrail qüvvələri yenidən namaz qılan fələstinlilərə hücum edib
Yayınlanma tarixi: 6.04.2023 17:36:15

İsrail polisi yenidən Əqsa məscidinə basqın edib.

İslamazeri.com xəbər verir ki, İsrail polisi məsciddə təravih namazı qılan müsəlmanlara rezin  güllələr və səs bombaları ilə müdaxilə edərək içəridəkiləri zorla təxliyə edib, məscidin həyətində basqına etiraz edənlərə isə  dəyənəklərlə hücum edib.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən bəyanatda İsrail polisinin Əqsa məscidinə etdiyi basqın zamanı yaralanan 6 nəfərə tibbi müdaxilə edildiyi və həmin şəxslərin xəstəxanaya aparıldığı bildirilib.
İsrail qüvvələrinin gecə saatlarında Əqsa məscidində ibadət edənlərə sərt müdaxiləsi işğal altındakı Şərqi Qüds və bölgədə gərginliyi artırıb.

Fanatik yəhudilərin müqəddəs hesab etdikləri  “Pesax'' bayramı səbəbindən Əqsa məscidinə basqın etmək və burada qurban kəsmək çağırışları ilə əlaqədar təravih namazından sonra bir qrup fələstinli məscidə sığınmışdı. Məscidə edilən basqın zamanı İsrail qüvvələrinin fələstinlilərə qarşı zorakılığı və sərt müdaxiləsi reaksiyaya səbəb olub.
Basqın zamanı məscidə sığınan 400 fələstinli saxlanılıb.
İşğal altındakı Şərqi Qüdsdə gecə boyu iğtişaşlar yaşanıb və İsrail polisi gözyaşardıcı qaz, rezin güllə və güc tətbiq edərək fələstinlilərə müdaxilə edib.
İsrail polisinin Əqsa məscidinə etdiyi basqın və fələstinlilərə qarşı sərt müdaxiləsi beynəlxalq reaksiyaya səbəb olub.

GÜNÜN MANŞETLERİ