İsrail qüvvələri daha bir dinc fələstinlini yaralayıb

İsrail qüvvələri daha bir dinc fələstinlini yaralayıb
Yayınlanma tarixi: 12.01.2023 10:45:36

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi basqınlar zamanı 1 fələstinli yaralanıb, 15 fələstinli isə saxlanılıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail qüvvələri Nablusun şərqindəki ''Balata'' qaçqınlar düşərgəsinə basqın edib.
Düşərgədə bir evi mühasirəyə alan İsrail qüvvələri ilə onlarla fələstinli arasında qarşıdurma yaşanıb və ərazidə atışma səsləri eşidilib.
Basqın zamanı bir fələstinli gənc yaralanıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin açdığı atəş nəticəsində yaralanan 20 yaşlı fələstinlinin müalicə üçün Rufeyda Dövlət Xəstəxanasına aparıldığı bildirilib.
Açıqlamada yaralıların vəziyyətinin ağır olduğu vurğulanıb.
Fələstinli Məhbuslar Klubunun  verdiyi açıqlamada İsrail qüvvələrinin İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 15 fələstinlini saxladığı bildirib.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə vaxtaşırı basqınlar həyata keçirən İsrail qüvvələri müxtəlif ittihamlar irəli sürərək fələstinliləri həbs edir.

GÜNÜN MANŞETLERİ