İsrail Qəzza sektorunda günahsız Fələstin xalqına qarşı hərbi cinayətlərini – kütləvi qırğınlar və soyqırımını davam etdirir.
İslamazeri.com xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi atəşkəsdən sonra – 2025-ci il 10 oktyabrdan İsrail tərəfindən bəri törədilmiş bəzi cinayətlərlə bağlı dəhşətli statistikanı açıqlayıb.
Atəşkəsdən sonra İsrail ordusu 449 dinc sakini, o cümlədən də 165 uşağı qətlə yetirib.
Bundan başqa, soyuqdan ölənlərin sayı da artır. Belə ki, son dövrdə 21-i uşaq və körpə olmaqla, 25 qəzzalı soyuqda donaraq həyatını itirib.
Qeyd edilib ki, İsrail əsgərləri həmin uşaqları aviazərbələrlə, dronlarla, o cümlədən də kamikadze-dronlarla, tank mərmiləri və güllələr ilə öldürürlər.
Xatırladaq ki, İsrail ordusu 2023-cü il 7 oktyabrdan bəri 71 439 dinc qəzzalını qətlə yetirbi, 171 324 nəfəri isə yaralayıb. Həyatını itirənlərin və xəsarət alanların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
Həmçinin çox sayda qəzzalı, xüsusilə də uşaqlar aclıqdan da həyatını itirib.
Aclıq və soyuqdan baş verən ölümlərin səbəbkarı isə İsraildir. İsrail Qəzza sektoruna hərtərəfli blokada tətbiq edərək bölgədə humanitar fəlakətə səbəb olub.