İsrail mövqeyimizin dəyişməyəcəyini bilir - Çavuşoğlu

İsrail mövqeyimizin dəyişməyəcəyini bilir - Çavuşoğlu
Yayınlanma tarixi: 3.12.2022 10:57:14

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Romada keçirilən MED Aralıq dənizi Dialoq Forumunda Türkiyə -İsrail münasibətlərindən danışıb

İslamazeri.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud  Çavuşoğlu İtaliya Xarici İşlər Nazirliyi və Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) ev sahibliyində bu il 8-ci dəfə Romada keçirilən MED Aralıq dənizi Dialoq Forumunda iştirak edib.
Forum çərçivəsində keçirilən “Xüsusi Dialoq” sessiyasına qatılan Mövlud Çavuşoğlu regional və beynəlxalq hadisələrlə bağlı sualları cavablandırıb.
Bölgə ölkələri ilə əlaqələrə toxunan Mövlud Çavuşoğlu Türkiyənin bu nöqtədə mühüm rol oynadığını və bölgədəki böhranların fürsətlər yaratdığını bildirib.
İsraildə yeni hökumət qurulduqdan sonra iki ölkə arasındakı münasibətlərin normallaşdığını ifadə edən Mövlud Çavuşoğlu bildirib ki, İsrail Fələstinlə bağlı mövqeyimizin dəyişməyəcəyini bilir. İki ölkə arasındakı münasibətlərin normallaşması hər iki tərəfə və bölgəyə öz töhfəsini verdi.
Rusiya-Ukrayna müharibəsinə də toxunan Mövlud Çavuşoğlu deyib: "Düşünürəm ki, bahara qədər danışıqlar masası ilə bağlı daha dəqiq  mənzərə əldə edəcəyik. Vaz keçməyəcəyik, səylərimizi davam etdirəcəyik" .
Türkiyənin terrorla mübarizəsinin davam etdiyinə diqqət çəkən Mövlud Çavuşoğlu deyib: ''Suriyanın şimalını İŞİD-dən təmizlədiyimiz kimi, bu təşkilatları da təmizləmək üçün əməliyyatımızı davam etdirməliyik".

GÜNÜN MANŞETLERİ