İslamazeri.com-un "Din" rubrikasından...
İmam Hüseynin gündəlik namazlardan sonra oxuduğu münacat
İslaminsesi – İmam Hüseynin Ərəfə günündə oxuduğu münacat və Aşura faciəsində oxuduğu dualar hazırda çoxsaylı dini ədəbiyyatda yer alıbdır.
Bir insanın Allahla necə səmimi və ixlasla münacat etdiyini İmam Hüseynin dualarında görmək olar.
Xüsusilədə İmam Hüseyn bütün varlığını, ailə və körpələrini, canını Allaha bağışlayan bir bəndə kimi münacatları da qəlbləri rahatlıqla fəth edir:
Kəfəmi Amilinin yazdığı “Cünnətul-Əmanul-Vaqiyə və Cənnətul-İmanul -Baqiyə” əsərində (bu əsərin digər adı Misbahi Kəfəmidir) İmam Hüseynin gündəlik vacib namazlarından sonra oxuduğu duanı belə nəql edib:
“Allahummə inni əsəlukə bi-kəlimatikə və məaqidi ərşikə və sukkani səmavatikə və ərzik və ənbiyaikə və rusulik ən təstəcibə li,
Fəqəd rəhəqəni min əmri usra, fə-əsəlukə ən tusəlliyə əla Muhəmmədin və Ali-Muhəmməd və ən təcələ li min usri yusra”
Tərcüməsi:
“İlahi kəlmələrinə (seçilmiş məxluqat və ya Quran) and verirəm, ərşinin bağlantılarına, Asimanlarının və yerlərinin sakinlərinə Peyğəmbər(ə) və elçilərinə and verirəm, mənim duamı qəbul et ki, işim çox çətinlikdədir.
Səndən istəyirəm Məhəmməd və ailəsinə salam göndərəsən və işlərimi asan edəsən”