"İsrail İranın imkanlarına yaxşı bələddir"

Yayınlanma tarixi: 1.11.2021 15:32:06

Bu sözləri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

İslamazeri.com "Eastnews.org"-a istinadən xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsrailin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar üçün 1,5 milyard dollar ayırması barədə verdiyi açıqlamasında bildirib ki, Qüdsdəki rejim İranın imkanlarını yaxşı bilir. Səid Xətibzadə bu gün yerli və xarici media müxbirləri ilə həftəlik görüşdə xarici siyasət sahəsindəki son hadisələri izah edərkən jurnalistlərin suallarını cavablandırıb. Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar üçün 1,5 milyard dollar ayrılması və İranın cavabı ilə bağlı sualına cavab olaraq bildirib: "Biz heç vaxt Qüdsdəki işğalçı rejimin bölgənin sabitliyi və təhlükəsizliyinə təhdidini gözardı etməmişik və ya istisna etməmişik. Əsasən bu böhran yaradan rejimin mahiyyəti və onun güvənsizlik və qeyri-sabitlikdəki kökləri getdikcə artır. İsrail İran İslam Respublikasının imkanlarına yaxşı bələddir və özünün məhdud imkanlarını bilir, digər tərəfdən də heç bir tərəflə İran öz milli təhlükəsizliyi ilə bağlı güzəştə getmir və zarafat etmir. Ona görə də bu məsələ öz yerində cavablandırılıb və lazım gələrsə, cavab veriləcək".

GÜNÜN MANŞETLERİ