İsrail əsgərlərinin dinc fələstinlilərə zülmü davam edir

İsrail əsgərlərinin dinc fələstinlilərə zülmü davam edir
Yayınlanma tarixi: 16.01.2023 13:21:36

İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir fələstinli həyatını itirib.

İslamazeri.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada "İşğalçı qüvvələrin Ramallahın şimalındakı Silvad qəsəbəsi yaxınlığında açdığı atəş nəticəsində bir fələstinli şəhid olub" deyilib.

Fələstinin WAFA agentliyində yer alan xəbərdə, “Silvad qəsəbəsinin qərb girişində İsrail əsgərləri tərəfindən həqiqi güllələrlə yaralanan 45 yaşlı fələstinli aparıldığı xəstəxanada həyatını itirib" ifadələri yer alıb.

İsrailin "Kanal 12" telekanalı isə "bıçaqlı hücuma cəhd edən bir fələstinlinin İsrail ordusunda heç bir itkiyə səbəb olmadan zərərsizləşdirildiyini" qeyd edib.

İsrail rəsmiləri hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, ilin əvvəlindən İsrail əsgərləri tərəfindən öldürülən fələstinlilərin sayı 3-ü uşaq olmaqla 13 nəfərə çatıb.

GÜNÜN MANŞETLERİ