İsrail qüvvələri başlatdığı atışma nəticəsində İordan çayının Qərb sahilində 3 fələstinlini qətlə yetirib.
İslamazeri.com AA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.
İnsident bu gün səhər saatlarında Cənin şəhərində baş verib.
Həyatlarını itirənlərin kimlikləri hələ açıqlanmayıb.
Məlumata əsasən, fələstinlilər silahsız olublar.
Həmçinin İsrail qüvvələrinin avtomobilləri atəşə tutması nəticəsində də çox sayda fələstinli xəsarət alıb.
Bundan başqa, Qərb sahilində 15 fələstinli də tutulub.
BMT-nin məlumatlarına əsasən, 2022-ci ildə “İordan çayının Qərb sahilindəki ən qanlı il” kimi qeyd edilib.
2022-ci ilin 29 noyabr tarixinədək cari ildə 205 fələstinli qətlə yetirilib – 153 qətl Qərb sahilində, 52 qətl isə Qəzza sektorunda. Qətlə yetirilən fələstinlilərin 47-si yetkinlik yaşına çatmayanlardır.