İraqın baş naziri İranla münasibətlər barədə

İraqın baş naziri İranla münasibətlər barədə
Yayınlanma tarixi: 11.01.2023 14:01:45

İraqın baş naziri Məhəmməd Şia Sudani ölkəsinin İranla münasibətlərini müsbət qiymətləndirib.

İslamazeri.com xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia Sudani Almaniya kansleri Olaf Şultsun dəvəti ilə gələn çərşənbə günü Almaniyanın Bild qəzetinə müsahibəsində bu ölkəyə səfər edəcəyini açıqlayıb.

Məhəmməd Şia Sudani Almaniyaya səfəri zamanı müxtəlif mövzuların, o cümlədən İran-İraq münasibətləri və Bağdadın regional siyasətinin müzakirə olunacağını bildirib.

Sudani İraqın İranla tarixi əlaqələrinə toxunaraq, iki ölkə arasında 1200 kilometrdən çox ortaq sərhədin və dini, mədəni və sosial tərəfdaşlıqların olduğunu bildirib.

Sudani bildirib:

"2003-cü ildə İraqda hakimiyyət dəyişikliyindən sonra İran ölkəmizdəki siyasi proseslərə dəstək verib, İŞİD terror təşkilatlarına qarşı mübarizədə İraqa yardım edib.  İranla münasibətlər bir-birinin daxili işlərinə qarışmaqdan uzaq, müsbət istiqamətdə inkişaf edir.

İraq da İran və ərəb ölkələri arasında körpü qurmağa cəhd göstərib. Fikrimcə, gərginliyin azaldılması, fikirlərin yaxınlaşması İraqın maraqlarına uyğundur, çünki bu, ölkəmizin və regionun təhlükəsizliyinə müsbət təsir göstərəcək".

GÜNÜN MANŞETLERİ