İraqda türkmən dili də rəsmi dillərə əlavə edilib

İraqda türkmən dili də rəsmi dillərə əlavə edilib
Yayınlanma tarixi: 3/2/2023 5:00:18 PM

İraqda türkmən dili də rəsmi dillərə əlavə edilib.

İraq hökuməti Kərkükdə türkmən dilini rəsmi dillərə əlavə edib.

İslamazeri.com xəbər verir ki, İraqın rəsmi xəbər agentliyi olan İNA-nın məlumatına görə, baş nazir Məhəmməd Şia es-Sudani rəsmi yazışma dilləri arasında türkmən dilinin istifadə edilməsi barədə göstəriş verib.

İraq Baş Nazirliyinin katibliyi Kərkük valiliyinə məktub göndərərək Kərkükdə rəsmi yazışmalarda yalnız ərəb və kürd dillərindən istifadə etməsini istəyib. Bu qərara Kərkükdə yaşayan türkmənlər əks reaksiya verib.

İraq Türkmən Cəbhəsi (İTC) Siyasi Bürosu baş nazir Məhəmməd Şiya es-Sudaniyə zəng edərək qərarın ləğvini istəyib.

İraq Parlamenti Türkmənlər Qrupunun yaydığı bəyanatda Kərkükdə türkmən dilinə məhəl qoyulmaması qərarının konstitusiyaya zidd olduğu və qəbul edilmədiyi bildirilib.

GÜNÜN MANŞETLERİ

Kazimeyndə Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Kazimeyndə Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:28:13 AM
Nəcəfül Əşrəfdə Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Nəcəfül Əşrəfdə Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:16:13 AM
Kərbəlada Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Kərbəlada Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:08:49 AM