İranlı nazir: İğtişaşçıların bəziləri xaricdə təlim keçiblər

İranlı nazir: İğtişaşçıların bəziləri xaricdə təlim keçiblər
Yayınlanma tarixi: 14.10.2022 14:35:44

İranın daxili işlər naziri bəzi iğtişaşçıların xaricdə təlim keçdiyini təsdiqləyib və vurğulayıb ki, onlardan bəzilərinin bank hesablarına mütəmadi olaraq, pul köçürülürdü.

İslamazeri.com xəbər verir ki, İranın daxili işlər naziri Əhməd Vəhidi anti-inqilabçı medianın son iğtişaşların qızışdırılmasında oynadığı rola işarə edərək, deyib: "İranı Qəzzə və Livana verdiyi dəstəyə görə tənqid edənlər bu gün Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən farsdilli kanalın icraçı orqanlarına çevriliblər".

Vəhidi bir həftə ərzində təkcə ABŞ-da Məhsa Əmini haqqında 1504 məqalənin dərc edildiyini qeyd edib.

Nazirin sözlərinə görə, İngiltərədə 9 gündə bu mövzuda 720, Avropa Birliyində isə sentyabrın 16-dan 24-dək 134 məqalə yazılıb.

İranın daxili işlər naziri bu mövzuda 240 milyon tvit atıldığına işarə edərək, bunun arxasında minlərlə botun dayandığını bildirib.

"Düşmən o qədər həqiqəti yalanla əvəz edir ki, bəziləri buna inanır", - deyə o, təəssüflə qeyd edib.

İranın daxili işlər nazirinin sözlərinə görə, iğtişaşlarda fəal olan bir çox dairələr, o cümlədən sionist rejimin mütəşəkkil halqaları var. Bu dairələrdən bəziləri hər bir Molotov kokteyli üçün onları istehsal edənlərə külli miqdarda pul veriblər. 

GÜNÜN MANŞETLERİ