İranın sabiq Yol və Şəhərsalma naziri Rüstəm Qasimi xəstəliyi səbəbindən verdiyi istefadan iki ay sonra vəfat edib.
İslamazeri.com İSNA-ya istinadən xəbər verir ki, Rüstəm Qasiminin xərçəng xəstəliyi son zamanlarda daha da şiddətlənməyə başlayıb və o iki ay öncə istefasının qəbul edilməsini istəyib.
Qeyd edək ki, 58 yaşında vəfat etmiş Rüstəm Qasimi İran-İraq müharibəsində yaxından iştirak edib və İslam İnqilabı Keşikçiləri Ordusunun yüksək rütbəli zabitlərindən olub.
O həmçinin bundan öncəki hökumətlərdə neft naziri, sonuncu dəfə isə Yol və Şəhərsalma naziri olub.