İran uranın zənginləşdirilməsi ilə bağlı vacib açıqlama verib.
İslamazeri.com xəbər verir ki, İranın BMT-dəki Daimi Nümayəndəliyi uranın zənginləşdirilməsi ilə bağlı mühüm bir bəyanat yayıb.
İranın BMT-dəki Daimi Nümayəndəliyi rəsmi sosial media hesabında paylaşdığı mesajda ABŞ-ı Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) pozduğuna görə tənqid edib.
Mesajda bildirilib: “Bu, tamamilə utancvericidir! Minlərlə nüvə başlığına sahib olan ABŞ bu cür silahların aparıcı yayılmaçısı kimi tanınır və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) 1-ci və 6-cı maddələri çərçivəsində nüvə tərksilahı və yayılmaması öhdəliklərini açıq şəkildə pozub. ABŞ-a qəddar və ikiüzlü davranışını davam etdirmək üçün heç bir fürsət verilməməlidir.
Hüquqi baxımdan, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında aparılarsa, uranın zənginləşdirilməsi səviyyəsində heç bir məhdudiyyət yoxdur; bu, İran üçün də keçərlidir.”