Görülən tədbirlər arasında Fordo zənginləşdirmə obyektlərində 60% zənginləşdirmə fəaliyyətlərinin başlanması da var.
İslamazeri.com xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin İrana qarşı son qərarından sonra, bu siyasi və qeyri-konstruktiv addıma cavab olaraq İranın Atom Enerjisi Agentliyi bu düşmən təşəbbüsə qarşı bir sıra tədbirlər gördüyünü açıqlayıb.
Bazar günü Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin iştirakı ilə Natanz və Fordo zənginləşdirmə komplekslərində yeni fəaliyyətlərə başlanıldığı bildirilib.
Görülən tədbirlər arasında Fordo zənginləşdirmə obyektlərində 60% zənginləşdirmə fəaliyyətlərinin başlanması da var. Buna paralel olaraq Natanzda 60% zənginləşdirmə davam edir.
Bununla bağlı Atom Enerjisi Agentliyi də Fordo və Natanzda həyata keçirilən tədbirlərin təfərrüatlarını açıqlayıb.