İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan işğalçı, qatil, saxta və qeyri-qanuni İsrail rejiminin yüzlərlə nüvə başlığına malik olduğunu vurğulayıb.
İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sosial şəbəkə hesabında etdiyi paylaşımda İsrailin mövcudluğunun region üçün çox təhlükəli olduğunu vurğulayıb.
Əmir Abdullahiyan paylaşımında belə qeyd edib:
“İşğalçı, qatil, saxta və qeyri-qanuni İsrail rejiminin yüzlərlə nüvə başlığı var.
Təl-Əviv regionun təhlükəsizliyinə ciddi təhdiddir.
Şübhəsiz ki, gələcək Fələstinin nəcib xalqına məxsusdur”.