İrandan Böyük Britaniyaya etiraz notası

İrandan Böyük Britaniyaya etiraz notası
Yayınlanma tarixi: 21.11.2022 12:24:01

İran Böyük Britaniyadakı səfirlik binasına hücumdan sonra sözügedən ölkənin Tehrandakı səfiri Saymon Şerklifi Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası verib.

İslamazeri.com xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin internet saytında məlumat yayılıb.

Bildirilib ki, İranın Londondakı səfirliyinə hücumdan sonra Böyük Britaniyanın Tehrandakı səfiri Şerklifin Xarici İşlər Nazirliyinə çağırılaraq xəbərdarlıq edilib. “Böyük Britaniya hökumətinin Konsulluq Münasibətləri üzrə Vyana Konvensiyası çərçivəsində götürdüyü öhdəliklər” xatırladılıb və və etiraz notası verilib.

Səfir Şerkliff isə verdiyi açıqlamasında hücumdan təəssüfləndiyini bildirib və vəziyyəti Londona çatdıracağını, bir daha belə problemlərlə qarşılaşılmamasını ümid etdiyini qeyd edib.

GÜNÜN MANŞETLERİ