İrandan Avropa Birliyinin qərarına SƏRT REAKSİYA

İrandan Avropa Birliyinin qərarına SƏRT REAKSİYA
Yayınlanma tarixi: 7.10.2022 18:07:34

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Avropa İttifaqının Tehrana qarşı əlavə sanksiyalar tətbiq etmək qərarını tənqid edib.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlamasında bildirib:

"Bu qərar Avropa Birliyinin İrana qarşı birtərəfli və əsassız qərəzlərini göstərir, ona görə də elan edilmiş qərar əsaslı şəkildə rədd edilir və dəyərsizdir.

İran xalqına qarşı sanksiyalarla bağlı heç bir qətnamə qəbul etməyən Avropa Parlamenti bu qərarı dərc edərək, İran xalqına qarşı seçici siyasətini davam etdirdiyini göstərir".

Kenani bəyan edib ki, İranda baş verən son hadisələr Avropa İttifaqı Parlamentindəki bəzi radikal nümayəndələrin İrana düşmən münasibət bəsləmələri üçün sadəcə bəhanədir və İran əleyhinə istənilən qərara proporsional şəkildə cavab veriləcək.

Qeyd edək ki, ötən gün Avropa Parlamentinin Baş Assambleyasında İranda baş verən hadisələrlə bağlı qətnamə layihəsi qəbul edilib.

Avropa İttifaqının xarici işlər nazirləri növbəti iclaslarında Tehrana qarşı əlavə sanksiyaları gündəmə gətirəcəklərini açıqlayıblar.

GÜNÜN MANŞETLERİ