İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sosial media hesabında Aİ-nin yeni sanksiya qərarına reaksiya verib.
İslamazeri.com xəbər verir ki, Avropa Birliyinin yeni qərarını “qeyri-konstruktiv yanaşma” kimi xarakterizə edən Əmir Abdullahiyan, “Aİ bu gün səhv hesabladı və çoxlu əsassız məlumatlara əsaslanaraq, yenidən iranlılara qarşı təsirsiz bir sanksiya vasitəsinə əl atdı”, - deyə bildirib.
Əmir Abdullahiyan əlavə edib: "Dünyanın heç bir yerində ictimai əmlaka zərər vurmaq və xaosa yol vermək olmaz. Eyni qayda İranda da keçərlidir".
Qeyd edək ki, Avropa İttifaqı İran hökumətinə qarşı insan haqları problemlərini əsas gətirərək yeni sanksiyalar tətbiq edib.
Avropa Şurasından verilən yazılı açıqlamada hazırkı sanksiya siyahısına 11 nəfərin və 4 təşkilatın əlavə edildiyi bildirilib.