Bu gün səhər İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri Britaniya kəşfiyyatına casusluq ittihamı ilə edam edilib.
İslamazeri.com-un məlumatına görə, bu barədə İranın Məhkəmə Sistemi rəsmi şəkildə açıqlama yayıb.
Strateji Araşdırmalar Mərkəzinin təsisçisi, müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbərinin barəsində ölüm hökmü icra edilib.
Daha öncə rəsmi məlumatda qeyd olunur ki, Britaniya kəşfiyyat xidmətinin İrandakı gizli və strateji mərkəzlərindəki mühüm agentlərindən biri ifşa edilib. O, uzunmüddətli və çoxpilləli əks-kəşfiyyat əməliyyatından sonra həbs edilib.
İran kəşfiyyatından bildirilib ki, Əkbərinin İranın bir sıra gizli məlumatlarına çıxışı olub, o, bu məlumatlar, həmçinin əldə edilən digər məlumatları Birləşmiş Krallığın xüsusi xidmət orqanlarına ötürüb.