İranın Kəşfiyyat Nazirliyi terror və təxribat hücumları təşkil etmək üçün ölkəyə soxulan İsrailin casus təşkilatı Mossadın 4 dəstə üzvünün tutulduğunu açıqlayıb.
İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, İran Kəşfiyyat Nazirliyindən verilən yazılı açıqlamada sionist İsrailin casusluq təşkilatı Mossadın ölkəyə sızan 4 dəstə üzvünün ələ keçirildiyi bildirilib.
İranın Kəşfiyyat Nazirliyindən verilən açıqlamada bildirilib:
"Saxta və qatil sionist rejim ötən həftələrdə ölkənin müxtəlif bölgələrində baş verən qarışıqlıqdan sui-istifadə edərək əməliyyat qruplarını terror hücumları təşkil etməyə yönəltməyə çalışıb. Lakin bütün terrorçular heç bir hərəkətə keçmədən ələ keçirilib".