İranda Prezident İbrahim Rəisinin faciəvi ölümü ilə əlaqədar milli matəm elan edilib.
İslamazeri.com-un xəbərinə görə, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter mayın 19-da İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.
Vertolyotda prezident Ayətullah Seyyid İbrahim Rəisi, Təbrizin imam cüməsi Ayətullah Seyid Muhəmməd Əli Əl-Haşim, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan
Şərqi Azərbaycan valisi Malik Rəhməti və general Seyid Mehdi Musəvi həyatını itiriblər.