İranda güclü qar səbəbindən məktəblər bağlanıb

İranda güclü qar səbəbindən məktəblər bağlanıb
Yayınlanma tarixi: 11.01.2023 13:45:42

İranda güclü qar yağması və soyuq hava ilə əlaqədar artan enerji və qaz istehlakına qənaət etmək üçün bəzi əyalətlərdə məktəblər, eləcə də dövlət qurumları və idarələri tətilə buraxılıb.

İslamazeri.com xəbər verir ki, Elborz qubernatorunun müavini Kaveh Hedadipur bildirib ki, əyalətdəki bütün məktəblər, idarələr, müəssisə və təşkilatlar və banklar enerji və qaz istehlakını azaltmaq üçün bağlanıb.

Hedadipur qeyd edib ki, lisey və universitet kursu imtahanları nəzərdə tutulan tarixdə keçiriləcək.

Sabah da (12 yanvar) bütün bankların bağlanacağını bildirən Hedadipur bütün qurum, təşkilat və ofislərin şənbə gününə qədər istilik sistemlərini söndürməli olduğunu bildirib.

Çaharmahal-Bahtiari əyaləti Dövlət Təhsili İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Erşad Şakoli ibtidai, orta və lisey səviyyəli məktəblərin güclü qar, soyuq hava və sürüşkən yollar səbəbindən dayandırıldığını və təhsilin onlayn keçiriləcəyini bildirib.

Ərdəbil vilayəti qubernatorunun müavini Kazım Debir də yaşadıqları əyalətdə bütün inzibati personal üçün uzaqdan işləməyə qərar verildiyini qeyd edərək, qalınlığı 40 santimetrə çatan qarın nəqliyyatın hərəkətində axsamalara və bəzi sənaye sahələrinin bağlanmasına səbəb olduğunu bildirib.

Semnan vilayəti qubernatorunun müavini Muhammed Hamidi soyuq hava ilə əlaqədar qaz və enerji istehlakının artdığını, pula qənaət etmək üçün sabah bütün dövlət qurum və təşkilatlarının bağlı olduğunu açıqlayıb.

Digər tərəfdən, İran Meteorologiya İnstitutu ölkədə yanvarın 12-dən etibarən yeni soyuq hava dalğasının təsirli olacağını və havanın temperaturunun 8 ilə 10 dərəcə arasında enəcəyini bildirib.

 

GÜNÜN MANŞETLERİ